15 yaşlı azərbaycanlı qızın ixtirası İvanka Trampı heyran etdi
ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı, Prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.
“Ölkə.Az”-ın məlumatına görə, İvanka Tramp Hindistanda keçirilən sammitdə çıxışı zamanı Azərbaycandan olan gəncin də adını çəkib:
“Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx!”.
Beynəlxalq tədbirdə azərbaycanlı qızın layihəsi haqqında da məlumat verilib.
Layihəyə görə, tədqiqatlar göstərir ki, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problem həll etmək üçün, Reyhan, öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıblar. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisini yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb. ABŞ Səfirliyi mədəniyyət və professional mübadilə proqramları, həmçinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə Azərbaycanda sahibkarlara güclü dəstək göstərir. Qadın və qızlar lazımı təcrübə və imkanlar əldə etdikləri zaman onlar maliyyə baxımından azad olur və özlərinə güvənirlər.
ABŞ Səfirliyi Reyhanın uğurunun dəstəklənməsində iştirak etməkdən və onun müstəsna nailiyyətlərinin işıqlandırmaqdan məmnundur.
Onu da bildirək ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir.
GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradacaq. İki gün yarım ərzində şəbəkələşmə, mentorluq və seminarlar vasitəsilə sahibkarlar öz təşəbbüslərini tərtib etmək, tərəfdaşlıq qurmaq, maliyyələşmə təmin etmək, yenilik etmək və hədəf müştərilərini tapmaq - cəmiyyətləri dəyişəcək yeni məhsullar və xidmətlər yaradır.
Elm
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş
- Buraxılış imtahanlarının tarixi açıqlandı - Cədvəl
- Ödənişli təhsil alan tələbələrə ŞAD XƏBƏR...
- Elm və Təhsil Nazirliyi valideynlərə müraciət etdi
- Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin NƏZƏRİNƏ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 933 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 913 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 905 dəfə oxunub