Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

10 milyard il yaşaya bilən ölümsüz canlı - “Bu hüceyrələri insan geninə köçürərək insan ömrünü uzatmaq olar”

Ankara Universitetindən Professor Əhməd Altındağ və qrupu havasız mühitdə yaşaya bilən və “ölümsüz canlı deyilən” su ayısı”nın sirrini araşdırmağa başlayıblar. İşin hədəfi isə insan ömrünü uzatmaqdır.

Moderator.az türk mediasına istinadən xəbər verir ki, 1.5 millimetr uzunluqda olan “su ayısı” 10 milyard il nəslini davam etdirə bilir. Professor Əhməd Altındağ layihənin məqsədini belə izah edir:

“Bu, uzun müddətli və vasvası bir işdir. Su “ayısı”nın necə bu qədər dözümlü olduqlarını araşdırırıq. Məqsədimiz bu hüceyrələri insan geninə köçürərək ömrü uzatmaqdır. NASA artıq “su ayları”nı kosmosa göndərib. Kosmosda olan havasız şəraitə baxmayaraq həyatda qaldıqları müəyyən edilib. Bundan başqa dişi “su ayısı”nın bəzilərinin kosmosda yumurtladığı və yeni doğulmuş canlının sağlam olduğu müəyyənləşdirilib. “Su aysı”nın doğuşdan sonra sahib olduğu hüceyrə sayı həyatları boyu sabit qalır və düşündüyümüzdən də uzun ömürlü olurlar…” deyə qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...