Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu il hansı qruplar üzrə abituriyentlər iki dəfə imtahan verə biləcək? - RƏSMİ

Prezident İlham Əliyevin 24 fevral tarixli  “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı gənclərin təhsil almağına və imtahanda iştirakına ciddi təsir göstərəcək.

Mynews.az Lent.az-a istinadən verdiyi məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında deyib.

M.Abbaszadə bildirib ki, bu sərəncam təxminən 70 min gənci əhatə edəcək: "Ötən ilə əsasən bu rəqəmi səsləndiririk. Ola bilsin ki, bu il rəqəmdə azalma və ya artma müşahidə olunsun. Bu sərəncama görə bu il ilk dəfə qəbul imtahanlarında (istər orta ixtisas təhsili, istərsə də ali təhsil müəssisələrinə) iştirak üçün ərizə verən gənclərin imtahan ödənişi dövlət tərəfindən ödəniləcək”.

M.Abbaszadə deyib ki, elə adamlar var, 2-3 il ard-arda qəbul imtahanlarında iştirak edir və onların imtahan ödənişləri özləri tərəfindən ödənməlidir.

DİM sədri qeyd edib ki, bu il abituriyentlərə I-IV qruplar üzrə iki dəfə imtahan vermək şansı yaradılıb və gələcəkdə bu imtahanları 3-4 dəfə təşkil etmək imkanları da olacaq. 

M.Abbaszadə vurğulayıb ki, ötən il abituriyentlərin 8,4 faizi ərizə verib, buraxılış vərəqəsi əldə etsə  də, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etməyiblər.

DİM sədri əlavə edib ki, ötən il abituriyentlərin sayı 56433 nəfər təşkil edib. 2016-cı ildə I-IV qruplardan birinə və V qrupa ərizə verənlər 12,70 %, yalnız V qrupa ərizə verənlər 6,95%, yalnız texnikumlara ( 11 illik) ərizə verənlər 11,09%, yalnız I-IV qruplardan birinə ərizə verənlər 45,19%, I-Iv qruplardan birinə və texnikumlara ( 11 illik ) ərizə verənlər 24,07 % təşkil edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...