YENİLİK - Həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görəcək - VİDEO
Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə insanları ən çox heyrətləndirən yeniliklər məhz səhiyyə sistemindən gəlir. Artıq həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görə biləcək.
Mynews.az xəbər verir ki, Kanadanın Alberta Universitetindən olan kompüter elmləri üzrə aspirant İen Uotts və şagirdi Mixail Fiestin birgə layihəsi əsasında xəstələrin dərisinin altında yerləşən daxili orqanlarını görməyə imkan verən texnologiya hazırlanıb. Belə ki, "ProjectDR" adlandırılan texnologiya hələ ki, tam hazır hesab edilmir. Hazırda təcrübə mərhələsindədir.
Sözügedən texnologiya pasiyentin KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası) nəticələrinin üçölçülü təsvirlərini dəriyə elə proyeksiya edir ki, onlar insan bədəninin formasına yerləşir. "ProjectDR" sistemi infraqırmızı kameralar və pasiyentin bədəninin müəyyən hissələrində yerləşdirilmiş markörlər sayəsində çalışır. Kameralar bu markörlərin yerləşdiyi hissələri izləyir və insan orqanizmi haqqında sistemə informasiya verir.
Layihə rəhbərlərinin dediyinə görə, daha da təkmilləşdirildikdən sonra bu sistemi bir çox sahələrdə işlətmək mümkündür:
"Bu sistem texnologiyanın bir çox sahələrində - fizioterapiya, laparoskopik cərrahiyyə və s. tətbiq edilə bilər. Hazırda sınaqlar aparılır. Ümid edirik ki, qısa zaman ərzində sistemi tam hazır vəziyyətə gətirəcəyik". (publika.az)
Elm
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş
- Buraxılış imtahanlarının tarixi açıqlandı - Cədvəl
- Ödənişli təhsil alan tələbələrə ŞAD XƏBƏR...
- Elm və Təhsil Nazirliyi valideynlərə müraciət etdi
- Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin NƏZƏRİNƏ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 968 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 936 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 927 dəfə oxunub