Azərbaycanlı tələbə Türkiyədə silinməyən yol boyası yaratdı - FOTOLAR
Türkiyədə təhsil alan 17 yaşlı azərbaycanlı Cavid Bayramlı və türkiyəli Kerem Acar kimya sahəsində yeniliyə imza atıblar.
Oxu.Az xəbər verir ki, onlar silinməyən yol boyası yaradıblar. “Fen Bilimleri Temel Lisesi”ndə təhsil alan gənclərin beyninə bu fikir bir gün qarşılaşdıqları yol qəzasından sonra gəlib.
Onlar bu qəzanın silinən yol boyasına görə baş verdiyini görüblər.
Bu hadisədən sonra “Robust Dye” adını verdikləri verdikləri boyanı nanotexnologiya ilə istehsal ediblər. İlk boya istehsalına 2016-cı ildə başlayıblar və bir il müddətində məhsul tam olaraq hazırlanıb.
Boyanın istifadəsi təkcə asfalt yolları üçün deyil. Ondan təsərrüfat və heyvandarlıq sahəsində də istifadə etmək mümkündür. Bundan başqa, “Robust Dye” zərbəyə, günəşə və yağışa davamlıdır.
İstanbul Böyükşəhər Bələdiyyəsi gənclərə dəstək olmaq üçün hazırda istifadə olunan boya ilə “Robust Dye”ı müqayisə edib və əldə olunan nəticədə məlum olub ki, “Robust Dye” üç və altı ay ərzində silinən yol boyalarının ömrünü iki il və daha artıq uzadır.
TRT-də yayımlanan “Bir Fikrin mi Var?” yarışmasında beş “hə” cavabı alan “Robust Dye” yarımfinala qədər çıxıb.
Tələbələr bildirib ki, ixtiralarını yaxın 10 il ərzində bütün Türkiyənin asfalt yollarında görmək istəyirlər:
“10 il sonra Türkiyənin bütüna sfalt yollarına, havalimanlarında, quru və su nəqliyyatında fəaliyyətə keçirib satışa çıxarmaq istəyirik. O cümlədən, “Robust Dye”ın satış mərkəzini Sitlda qurmağı planlaşdırırıq”.
Elm
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş
- Buraxılış imtahanlarının tarixi açıqlandı - Cədvəl
- Ödənişli təhsil alan tələbələrə ŞAD XƏBƏR...
- Elm və Təhsil Nazirliyi valideynlərə müraciət etdi
- Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin NƏZƏRİNƏ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 953 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 943 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 942 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 940 dəfə oxunub