Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün ikinci sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 18 şəhər və rayonda sınaq imtahanları keçirir.

Mynews.az DİM-dən verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada olacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 124 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı bütün binalarda 1 növbə üzrə olmaqla saat 11:00-da başlanır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...