37230 şagird imtahan verdi
Bu gün respublikanın 33 rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, 23 rayonunda ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilib
DİM-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, hər iki imtahanda ümumilikdə 37230 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.
Martın 13-dən etibarən DİM-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.
Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının nəticələri isə yaxın günlərdə elan ediləcəkdir. Şagirdlər imtahan nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər.
Elm
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş
- Buraxılış imtahanlarının tarixi açıqlandı - Cədvəl
- Ödənişli təhsil alan tələbələrə ŞAD XƏBƏR...
- Elm və Təhsil Nazirliyi valideynlərə müraciət etdi
- Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin NƏZƏRİNƏ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub