Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu müəllimlərə maaş verilməyəcək? - AÇIQLAMA

Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlara münasibət bildirib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, belə məlumatların heç bir əsası yoxdur:

“Verilən bütün qərarlar Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanır”.

Qeyd edək ki, bəzi məktəb direktorları tərəfindən müəllimlərə “Virtual məktəb” layihəsinə qoşulmağın məcburi olduğuna və bu layihə vasitəsilə dərs keçməyənlərə maaş verilməyəcəyinə dair bildirişlərin göndərilməsi haqqında məlumatlar yayılmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...