Son dəqiqə! Azərbaycanda onlayn təhsil rejiminin vaxtı uzadıldı

Nazirlər KabinetiXüsusi karantin rejimi dövründə "Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
Mynews.az xəbər verir ki. məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.
Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.
Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.
Elm
- Azərbaycanda məktəblər bu tarixdə açılır - RƏSMİ
- Onlayn dərslərdəki davamiyyətə hansı qurum nəzarət edir?
- Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
- Nazirlikdən müəllimlərin işə qəbulu müsabiqəsi barədə AÇIQLAMA
- “Dərs vaxtı”nın bu günə olan cədvəli
- Son dəqiqə! Azərbaycanda onlayn təhsil rejiminin vaxtı uzadıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 992 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 989 dəfə oxunub
- Azərbaycanda məktəblər bu tarixdə açılır - RƏSMİ 988 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 985 dəfə oxunub
- Təhsil naziri: “Qısa müddətdə qapanmalara qayıda bilərik” 979 dəfə oxunub