Nazirlikdən müəllimlərin işə qəbulu müsabiqəsi barədə AÇIQLAMA

Dekabrın 14-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin ilk üç turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər üçün onlayn müsahibələrə başlanılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunur.
Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə elektron poçt ünvanlarına göndərilən keçid linkinə daxil olmaqla müsahibəyə qoşula bilirlər.
Onlayn müsahibələr üçün yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlardan ibarət komissiya heyətləri yaradılıb.
Müsahibələrin ümumilikdə doqquz gün davam etməsi nəzərdə tutulur. 14 dekabr tarixindən bugünədək 1497 nəfərin müsahibəsi yekunlaşıb. Fənlər üzrə müsahibədə iştirak edəcək namizədlərin ümumi sayı isə 2209 nəfərdir.
Qeyd edək ki, hazırda hərbi xidmətdə olduğundan onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.
Elm
- Nazirlikdən müəllimlərin işə qəbulu müsabiqəsi barədə AÇIQLAMA
- “Dərs vaxtı”nın bu günə olan cədvəli
- Son dəqiqə! Azərbaycanda onlayn təhsil rejiminin vaxtı uzadıldı
- “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTOLAR
- Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
- SON DƏQİQƏ: Təhsil Nazirliyi dərslərlə bağlı MƏLUMAT YAYDI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO 934 dəfə oxunub
- "Qarabağ bizim yox, Azərbaycanındır!" - VİDEO - İrəvanda xalq ayağa qalxdı 928 dəfə oxunub
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq 917 dəfə oxunub
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 911 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 594 dəfə oxunub