Məktəblərdə əyani tədris yenidən dayandırılır? - Rəsmi cavab

Təhsil Nazirliyi məktəblərdə əyani tədrisin iki həftədən sonra dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mynews.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bu məlumatların yalan olduğunu söyləyib.
Onun sözlərinə görə, hazırda məktəblərdə əyani tədris davam etdirilir. Əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərar verilməyib:
"Bu qərar ölkənin sanitar-epidemioloji vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir".
Qeyd edək ki, oktyabrın ortalarında pandemiya ilə əlaqədar ölkədə əyani tədris dayandırılmışdı.
Fevralın 1-dən ölkə üzrə təhsil müəssisələrində ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.
Elm
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək
- Bakının bəzi məktəblərində dərslər yenidən təxirə salındı
- Məktəblərdə əyani tədris yenidən dayandırılır? - Rəsmi cavab
- Müəllimlər üçün yeni müsabiqəyə start verildi
- Məktəblilər arasında yoluxma, dərslər dayandırılacaqmı? - RƏSMİ CAVAB
- Yuxarı siniflər üçün ənənəvi tədris bərpa olunur - RƏSMİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qiymət artımı ilə bağlı qərar QƏBUL EDİLDİ 907 dəfə oxunub
- Qaradağda 10 maşın toqquşdu, ölən var - DƏHŞƏTLİ qəza 905 dəfə oxunub
- Bakının mərkəzi prospekti buz bağladı - Nə duz səpən var, nə də hərəkət edə bilən... 903 dəfə oxunub
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM 598 dəfə oxunub
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər 598 dəfə oxunub