Məktəblərlə bağlı mühüm AÇIQLAMA

Yoluxma sayı azalarsa, ənənəvi təhsil bərpa edilə bilər.
Mynews.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, ənənəvi təhsilə keçidin başlıca şərti yoluxma sayında ciddi azalmalara nail olmaqdır. Bu baş verərsə, ənənəvi təhsilin bərpa edilməsi müzakirəyə çıxarılacaq.
Ənənəvi təhsilin bərpası üçün təhsil işçiləri arasında vaksinasiyanın vacibliyindən danışan Mehriban Vəliyeva bu prosesin sürətlə davam etdiyini deyib. O, yaş həddi olmadan müəllimlərin vaksinasiya olunduğunu bildirib.
Mehriban Vəliyeva yoluxma sayının artdığı bu günlərdə distant təhsilə keçidin zərurət olduğunu vurğulayıb, uşaqların distant təhsildə iştirakının vacibliyini qeyd edib.
Qeyd edək ki, distant təhsilə keçməzdən əvvəl təkcə Bakı məktəblərində 1086 şagird və 695 müəllim virusa yoluxub. 739 şagird və 460 müəllim son 14 gün ərzində xəstələnib. Bu səbəbdən də paytaxt Bakı da daxil olmaqla bəzi şəhər və rayonlarda təhsilin distant formasına keçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Ünvanlı dövlət sosial yardımın məbləği artıb 907 dəfə oxunub
- Dövlət qurumlarının bir-birindən xəbərsiz fəaliyyəti - Bağçalar işləyir, yoxsa yox? 905 dəfə oxunub
- Rəmiş vəfat etdi - VİDEO 597 dəfə oxunub
- Azərbaycanda işığın qiyməti iki dəfə qalxacaq? - AÇIQLAMA 590 dəfə oxunub
- Rəmiş dəfn edildi - YENİLƏNİB + VİDEO 589 dəfə oxunub