Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək

"Magistr olmaq istəyənlərin xarici dil üzrə yazı və danışıq bacarıqları 2024-cü ildən yoxlanılacaq”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı ön sözdə bildirib.
Onun sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq: "Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur”.
Elm
- Müəllimlərin nəzərinə - Sertifikatlaşdırma əmək haqqına təsir edə bilər
- Valideynlərin NƏZƏRİNƏ: Birinci sinifə şagird qəbulunun vaxtı dəyişdirildi
- Bu gündən məktəblilərin qış tətili başlayır
- Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək
- Rayon Təhsil şöbələri ləğv edildi
- Azərbaycanda daha bir məktəb distant təhsilə keçdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azyaşlı qızını ərə vermək istəməyən ana danışdı - Dedim ki... 1084 dəfə oxunub
- İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olub 1078 dəfə oxunub
- Aygün Kazımovanın Günay Musayevanı dodağından öpməsi gündəm oldu 1057 dəfə oxunub
- Narmeendən yeni ifa! - FOTOLAR 1053 dəfə oxunub
- Paytaxtda tələbə dənizdə boğularaq öldü 1048 dəfə oxunub