Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İslamiada vaxtı Bakıda dərslər təxirə salınacaqmı? - BŞTİ-dən CAVAB

Təhsil İdarəsi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının paytaxt məktəblərində dərslərə təsir edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib.

Mynews.az apa.az-a istinadən verdiyi xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, mayın 12-22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yüksək beynəlxalq tədbir olduğunu və əhəmiyyətini nəzərə alaraq şagirdlərin və  məktəblərin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə düşür. 
 
Bu işin təşkili və nəzarətin idarə tərəfindən həyata keçirildiyini deyən M.Vəliyeva qeyd edib ki, məsələlərdə tədris proqramlarının vaxtında yerinə yetirilməsi, başa çatdırılmasını əsas məqsəd olduğunu unutmuruq: “Bütün bunları nəzərə alaraq tədris prosesinə mane olmadan beynəlxalq tədbirdə Bakı məktəblərinin iştirakı təmin olunacaq. Bunun üçün xüsusi təşkilati işlər görülür”.
 
Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınıb-salınmayacağına gəlincə, M.Vəliyeva vurğulayıb ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən bu günə qədər idarəyə heç bir tapşırıq və ya göstəriş verilməyib. Onun sözlərinə görə, əgər hər hansı göstəriş olarsa, o zaman məsələ tərəfimizdən icra olunacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...