Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda hamam 115 min manata satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 30 may 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. 

Mynews.az xəbər verir ki,  Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 49 əmlak çıxarılıb.

Hərracda yüksək start qiyməti ilə seçilən əmlak “Ağdam Pambıq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Adıçəkilən əmlak 872 min 500 manata təklif olunur.

Bundan başqa, paytaxtın Suraxanı rayonunda yerləşən 55 saylı hamam isə torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Belə ki, 1656 kv.m olan əmlakın ilkin start qiyməti 115 min manatdır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...