Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabiq rəis arvadı 9 il həbs cəzası ala bilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunan Leyla Əkbərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mynews.az-ın Virtualaz.org saytına istinadən verdiyi məlumata görə, prosesə hakim Rahib Salmanov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Leyla Əkbərovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi mayın 10-na təyin edilib.

Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.

İş üzrə 10 nəfərdən çox zərərçəkmiş var.

Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. Əvvəllər orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyib. O, pasportunu dəyişdirərkən “ASAN xidmət”də saxlanılıb.

Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib, hazırda Almaniyada mühacir həyatı yaşayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...