“Dərsliklərdə dəyişiklik ediləcək...” - Nazir

Bəzi dərsliklərdə dəyişiklik ediləcək. İlk dəfə olaraq xarici dil tədrisində istifadə olunan dərsliklərin beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanması nəzərdə tutulur.
Mynews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında çıxış edən nazir Mikayıl Cabbarov məlumat verib. Nazir, təhsilin məzmununun təkmilləşdirilməsi məqsədilə xarici dillərin tədrisi üzrə bir sıra layihələrin hazırlandığını qeyd edib.
Nazir, bu cür pilot layihələrin bir çox fənn dərsliklərində də tətbiq ediləcəyini bildirib.
Mikayıl Cabbarov uğurlu təhsil sisteminin məzunu və bunun əmək bazarındakı yeri məsələsinə də toxunub. O qeyd edib ki, hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün mövcud deyil.
Mikayıl Cabbarov məzunların uğurlu kadr olmaları üçün zəruri faktorları da sadalayıb.
O həmçinin qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə memorandum imzalanması nəzərdə tutulur. Məqsəd əmək bazarı üçün lazımi kadrların hazırlanmasıdır.
Cəmiyyət
- Həbsdən yeni çıxan Mübariz Mənsimov azərbaycanlılara səsləndi - VİDEO
- İlham Əliyev fərman imzaladı
- Hacıbala Abutalıbov Bakıdan köçdü
- Yəhudi qadın ərinin gözünü qazimizə bağışladı - FOTO
- Brifinqin vaxtı məlum oldu - Karantin sərtləşdirilir?
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO 906 dəfə oxunub
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama 600 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 593 dəfə oxunub
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama 592 dəfə oxunub
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI 591 dəfə oxunub