Məşhur supermarketlər şəbəkəsi insanları belə aldadır - FOTOFAKT
Bakıda supermarkerlərdən birində müştəri aldadılıb.
Emil Əmiraslanov adlı şəhər sakini “Makromart”dan diş məcunu alarkən aldadılıb.
Mynews.az xəbər verir ki, bu barədə Samir Mirzə adlı bloger paylaşıb edib. Bildirib ki, bu barədə Emil Əmiraslanov özü məlumat verib.
Emil Əmiraslanov sözlərinə görə, aldığı malın vitrindəki qiyməti ilə kassadan ona verilən qəbzin üzərində yazılan qiymət fərqli olub.
Emil Əmiraslanov son günlər sözügedən mənzərə ilə hər gün rastlaşır: "İndicə Nərimanovda Makromart adlı supermarketdən diş məcunu aldım. Qiymət rəfdə 3,30 AZN kassada isə 3,80 AZN çıxdı. Baxın beləcə milləti aldadırlar. Son günlər hər gün rastlaşıram. Xahiş edirəm, bu kimi halları ictimailəşdirək, bəlkə abırları yerinə gəldi!"
Xatırladaq ki, bu kimi hal ilk dəfə müşahidə olunmur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1006 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 965 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 955 dəfə oxunub