Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! - "Pasportlar haqqında" qanuna gözlənilən dəyişiklik edildi

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə fövqəladə və səlahiyyətli ikinci dərəcəli elçi diplomatik rütbəsi veriləcək

Parlamentin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmət haqqında" və "Pasportlar haqqında" qanunlara dəyişikliklər müzakirə edilib. Sputnik Azərbaycanın xəbərinə görə, "Diplomatik xidmət haqqında" qanunun 9-cu (Diplomatik rütbələrin verilməsi qaydaları) maddəsində dəyişiklik edilməsi təklif olunur.

Bundan sonra Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə fövqəladə və səlahiyyətli ikinci dərəcəli elçi diplomatik rütbəsi veriləcək. Qanuna əsasən, fövqəladə və səlahiyyətli səfir, birinci və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir.

Bundan başqa, "Pasportlar haqqında" qanununa da dəyişiklik edilib. Dəyişikliklərə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə diplomatik pasportlar veriləcək.

Dəyişikliklər "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli fərmanının icrası məqsədi daşıyır.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...