Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi - FOTO

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Təhsil naziriMikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib.

 

 

Qeyd edək ki, 31 yaşlı prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif Universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur.

O, bakalavriat təhsilini Qafqaz Universitetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...