Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülər işıqforlardan şikayətlənirlər - VİDEO

Sürücülər paytaxtda işıqforların gecə qrafikindən narazıdırlar. Onlar deyirlər ki, işıqforların gecələr gündüzlə eyni rejimdə işləməsi vaxt itkisindən başqa bir şey deyil.

Mynews.az Xezerxeber-ə istinadən məlumat verir ki, sürücülər işıqforların iki fərqli qrafikdə işləməsinin tərəfdarıdırlar. Belə ki, bu təcrübə xarici ölkələrin bir çoxunda tətbiq olunur.

Paytaxtda ümumilikdə 315 işıqfor quraşdırılıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, hazırda Bakıda mövcud olan işıqforların yarısı mərkəzdən idarə oluna bilir, digərlərinə müdaxilə isə birbaşa işıqforun özündəndir.

Ekspert təklif edir ki, qrafik dəyişikliklərin səmərəliliyini təmin etmək üçün bütün işıqforlar mərkəzdən idarə olunmalıdır və yalnız bu halda yol hərəkətinə operativ müdaxilə mümkün olacaq.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...