Azərbaycanda döyülən şagird şikəst oldu - 16+ - FOTOLAR
2015-ci il oktyabrın 14-də Biləsuvarın Əlimərdan Hüseynov adına Çaylı kənd orta məktəbində müəllimin şagirdi döyməsi bir gəncin indiyə qədər həyatla ölüm-qalım çarpışmasına səbəb olub.
Mynews.az BakiPost-a istinadən xəbər verir ki, sözügedən məktəbin bədən tərbiyəsi müəllimi Əzizov Elməddin Nurəddin oğlunun o zaman 10-cu sinif şagirdi olan Rəcəbli Əfsun İman oğlunu sinifdə vəhşicəsinə döyməsi uşağı bu günə kimi xəstəxana qapılarında qoyub.
1999-cu il təvəllüdlü Ə.Rəcəbli hələ də müalicə alır, ona şüa verilir və prosesin 25 yaşına qədər davam edəcəyi bildirilir.
Müəllim isə şagirdini döyməklə təkcə ona travma vurmayıb, həm də səhlənkar həkimlərin əlinə düşməsinə səbəbkar olub.
Döyülən gəncin atası İman Rəcəbov oğluna dəyən zərərə görə haqqını tələb edir və günahkarın cəzalandırılmasını istəyir.
Şikayətçi hadisənin detallarını danışıb. Onun sözlərinə görə, hadisə dama oyunu üstündə baş verib:
“Evə gəlib gördüm ki, uşaq ağlayır, vəziyyəti yaxşı deyil. Soruşdum ki, ay bala, nə olub, dedi, Elməddin müəllim vurub”.
Onun dediyinə görə, evdə oğlunun vəziyyətinin yaxşı olmadığını görüb dərhal həkimə aparıb. Lənkərandakı xəstəxanada uşağın burnunun sındığını deyiblər. Uşağını Bakıda əməliyyat etdirməyə maddi gücü çatmayan ata İrana üz tutub. Təbrizdəki əməliyyat uğursuz alınıb.
Ə.Rəcəblinin atası bildirir ki, bu günə kimi azı 35 min manata qədər xərci çıxıb.
Şikayətçinin sözlərinə görə, döyülmə faktı ilə bağlı cinayət işi açılıb və iş Biləsuvar rayon məhkəməsindədir. Ekspertizanın rəyi var, müstəntiq şagirdlərdən izahat alıb. Döyülmə faktı təsdiqlənib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 980 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 950 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 940 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 939 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 937 dəfə oxunub