Turan İbrahimovdan 5 min manat maaş alması ilə bağlı açıqlama
ATV telekanalında "ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamentinin rəhbəri, aparıcı Turan İbrahimovun aylıq maaşının 5 min azn olması haqda məlumatlar yayılıb.
Aparıcı bununla bağlı a24.az-a açıqlama verib:
"5 min də ala bilərəm, 100 min də, bunun nə mənası var. Tutaq ki, ildə iki dəfə dünyanın ən mötəbər kurortlarına, Seyşel, Maldiv adalarına gedib dincəlməyə mənə putyovkalar veriblər işdən. Burda nə var ki? Televiziya aparıcısı, kanalın departament rəhbəri necə olmalıdır?"
Xatırladaq ki, mediada ötən gün ATV kanalında aparıcı Turan İbrahimovun təqdimatında yayımlanan "ATV Səhər" verilişinin yayımı dayandırılması ilə bağlı müxtəlif xəbərlər dərc edilib. Bəzi xəbərlərdə isə tanınmış aparıcının ATV kanalından uzaqlaşdırıldığı da qeyd edilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 968 dəfə oxunub
- Emin Ağalarov söz verdi 968 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 966 dəfə oxunub
loading...