Porno video yayan İsrafilov məhkəməyə çıxarılacaq
Milli komandamızın və İspaniyanın “Kadis” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun başı qalmaqaldadır.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İsrafilov porno videonu internetə yaymaqda ittiham olunur.
O, sabiq klubu “Eybar”dakı komanda yoldaşları Serji Enrix və Antonio Lunanın 17 yaşlı qızla olan porno video və şəkillərini yayıb.
Bu hadisənin üstü ötən ilin oktyabr ayında açılmışdı. Hər iki futbolçu azarkeşlərdən, klubdan və qızdan üzr istəmişdilər. Həmin qız videonun yayıldığına görə hər iki futbolçunu məhkəməyə vermişdi və 20 min avro təzminat almışdı.
Araşdırmalar isə davam edirdi. Aprelin 11-də baş tutmuş məhkəmədə Eddi də iştirak edib. Lakin o etdiyi hərəkəti təkzib edib və videonu sosial şəbəkədə yaymadığını söyləyib. Növbəti məhkəmə prosesi iyunun 11-də keçiriləcək. İsrafilovun işinin üstü açılsa, ona cinayət işi açılacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 994 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 957 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 947 dəfə oxunub