Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cahangir Hacıyev həbsxanadan BƏYANAT yaydı - MƏTN

Beynəlxalq Bankın 15 il azadlıqdan məhrum edilən sabiq rəhbəri Cahangir Hacıyev həbsdən vəkilləri vasitəsi ilə bəyanat yayıb.

Mynews.az-ın məlumatına görə, sabiq bankir bəyanatında bildirir ki, heç zaman siyasi məhbus kimi tanınmaq istiqamətində addım atmayıb: "Vəkillərim də bu məqsədlə heç bir quruma, heç bir şəxsə müraciət eləməyib. Mənimlə bağlı məhkəmə prosesi ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır. Məhkəmə də müəyyən məsələlərin üzə çıxmasının qarşısını almağa çalışır".

Cahangir Hacıyev qeyd edib ki, ona "Mekon" MMC və "Unioil" MMC ilə bağlı mənimsəmə ittihamı verilib:  "Əllərində rəsmi sənədlər var ki, həmin vəsait "Elite Construction"ın səhmlərinin alınmasına sərf olunub. Məhkəmədə də bu məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsi haqda vəsatət qaldırsaq da, təmin edilmədi. Bakı Apellyasiya Məhkəməsində vəkillərimə çıxış etməyə belə imkan verilmir. Vəkillərim məhkəməyə 12 vəsatət təqdim edib. Məhkəmə bir qərarla bu vəsatətlərin heç birinin təmin olunmadığını elan edir. Halbuki, o vəsatətlərin təmin olunması bir xeyli həqiqətləri ortaya çıxarardı. Üstəlik, qanunda açıq şəkildə yazılıb ki, verilən vəsatətlər bir-bir elan olunmalı, müzakirəyə çıxarılmalıdır. Bizim məhkəmədə isə qanunun bu tələblərinin heç birinə əməl olunmadı”.

Sabiq bankirin bəyanatında bildirir C.Hacıyev özü siyasi məhbus kimi tanınmaq üçün heç bir addım atmasa da, şəxsin işinə baxılarkən prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, onun ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsi siyasi məhbus kriteriyalarından biridir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...