Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“O boyda ordunun içinda 5-10 çaqqalın olması təbiidir”

DTX-nin düşmənə işləyən bir qrup hərbi qulluqçunu və mülki şəxsi aşkarlaması cəmiyyətdə sevincdən çox kədər doğurur. Düşünürük ki, tarixində Şah İsmayıl Xətai kimi sərkərdə, bugünündə Mübariz İbrahimov kimi qəhrəman oğulları olan bir millətin nümayəndələri hansı səbəbdən manqurtlaşır? Hansı səbəb onları tarix boyu iliyimizi gəmirən, Türk qanına susamış erməniyə işləməyə vadar edir? Olmaya, ideoloji təbliğat məsələsində bir zəiflik var?

Mynews.az xəbər verir ki, Moderator.az mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlunun fikirlərini öyrənib. 

B.Vəziroğlu bu kimi halların ideoloji təbliğatın zəifliyi ilə yox, insan xisləti ilə bağlı olduğunu deyib:

“Ən dəhşətli ideoloji təbliğat Böyük Vətən müharibəsi dövründə olub. Milyonlarla insan Vətən uğrunda, Stalin uğrunda tankların, topların qabağına atılıblar. Yəni ideoloji mübarizənin ən pik zirvəsi o dövrdə olub. Ancaq elə həmin dövrdə də xəyanətkarlar düşmən tərəfə keçərək satqınlıq ediblər. Qədim Roma imperiyasında da belə olub, bu gün də belədir, sabah da belə olacaq. İndi bu gün on milyon azərbaycanlının üç-beşinin nəyinsə xatirinə satqınlıq etməsi o demək deyil ki, bizim ideoloji cəbhəmiz zəifdir və yaxud da ədəbiyyatımızda hərbi-vətənpərvərlik mövzusu zəifdir. 

Bu, insan xisləti ilə bağlıdır.  Bütün bunlar da normal hadisələrdir, çünki insan xislətidir. İnsanın içində həm şeytan, həm də mələk oturub, hansına münbit şərait düşdüsə, o tərəf də inkişaf edir. İnsan xislətində bu kimi hallar olduğu üçün DTX var, DİN var, prokurorluq var, polis var”. 

Şair onu da qeyd edib ki, o boyda ordunun içinda 5-10 çaqqalın olması təbiidir:

“İnsan həm də təbiət etibarilə vəhşidir. İçimizdə xainlər, satqınlar, bir manata görə qardaşın öldürən, anasını zorlayan, bacısının namusunu satan var. Bu kimi halların sayı bir qədər çoxalanda isə, mərdlərdən namərdlər, yaxşılardan yamanlar  çox olanda artıq təşviş doğurur. 

Ancaq indi də pessimist olmamlıyıq, çünki həmin satqınlar bizim milyonlarla Mübarizlərimizin yanında toz zərrəsi də deyillər. O boyda ordunun içinda 5-10 çaqqalın olması da təbiidir. Ordu da cəmiyyətimizin bir parçasıdır, ona görə orduda da həm Mübariz İbrahimov olacaq, həm də anasını-bacısını tanımıyan xainlər, satqınlar. Amma Mübarizlər çoxdur, milyonlarladır, narahat olmağa heç bir əsas yoxdur”. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...