Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəyanətdə ittiham edilən hərbiçinin qardaşı xalqa müraciət etdi

Xəyanətdə ittiham edilən hərbiçinin qardaşı xalqa müraciət edib.
“Azərbaycanın Səsi” nə müraciət edən Elçin İlqar oğlu qardaşının “xəyanət”də ittiham edilib tutulmasını düzgün olmadığını bildirib. O, qardaşı İsgəndərov Elvinin Ağdamda qulluq etdiyini və dəfələrlə ordenlər və fəxri fərmanlarla mükafatlandırıldığını bildirdi:

“Mayın 4-ü axşam saatlarında qardaşım İsgəndərov Elvin evdə ailəsinin yanında imiş. Qardaşım Ağdam rayonun 190 saylı hərbi hissəsində qulluq edirdi. Komandiri zəng edib çağıtdırıbki “gəl, səni soruşurlar” qardaşımda gedib.

O vaxtdan qardaşımdan nə xəbər var, nə də nömrəsinə zəng çatır. Qardaşım ölsə belə buna yol verməz, adım kimi buna əminəm. Elvin 6 ildi orda vətəni qoruyur, hər gün ölümlə üz-üzədir. Necə olur ki, qardaşımın ordenləri, fəxri fərmanları ola-ola “dövlətinə xəyanət” ittihamıyla tutub aparsınlar. Niyə göstərmirlər qardaşımı bizə? Biz ailəlikcə çox narahatıq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...