Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səfir postundan gedən Polad Bülbüloğlunu kim ƏVƏZ edəcək? - ARAŞDIRMA

P.Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olması ölkə mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bununla bahəm digər sual ortaya çıxır, bəs o zaman Azərbaycanın Rusiyadakı səfiri kim olacaq?

Bununla bağlı araşdırma aparan BiG.AZ bəzi xəbərləri aşkar edib.

Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə, Polad Bülbüloğlunun yerinə namizəd kimi hazırda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri olan Əbülfəs Qarayev nəzərdə tutulur. 

Səfir postundan gedən Polad Bülbüloğlunu kim ƏVƏZ edəcək? - ARAŞDIRMA

Öz növbəsində Mədəniyyət və Turizm naziri postuna namizəd kimi hazırda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Vüqar Zeynalovun adı çəkilir.

Səfir postundan gedən Polad Bülbüloğlunu kim ƏVƏZ edəcək? - ARAŞDIRMA

Xatırladaq ki, YUNESKO-ya rəhbərlik üçün namizəd olan Rusiyadakı səfir diplomat kimi fəaliyyətini başa vurmaq ərəfəsindədir; Gələn il həm Azərbaycanda, həm Rusiyada mühüm siyasi hadisə olacaq; iqtidar Moskvada səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır.

Xəbər verildiyi kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub.

Onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib. P.Bülbüloğlu artıq Parisdə növbəti dörd il üçün təşkilatın məsuliyyət sahələrində beynəlxalq ictimaiyyətin əsas məqsədləri barədə öz proqramının bəzi məqamlarını açıqlayıb.

Qeyd edək ki, 2009-cu ildə YUNESKO-nun baş direktoru vəzifəsinə seçilən, 2013-ci ildə ikinci dəfə görəvinin başında qalan bolqarıstanlı diplomat İrina Bokovanın səlahiyyət müddəti payızda başa çatır. YUNESKO-nun qaydalarına görə, bir şəxs baş direktor vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Təcrübəli diplomat olan İrina Boyko YUNESKO-nun onuncu rəhbəridir. Payızda keçiriləcək seçkilərdə təşkilatın 11-ci rəhbərinin adı bilinməlidir.

Məlumat üçün deyək ki, təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransa paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif bölgələrindən 67 büro və alt bölmələr daxildir. Hazırda təşkilatın 191 üzvü var. Siyasi Şuranın 58 üzvü var. Oktyabrda 58 üzv toplaşaraq namizədlər irəli sürəcək, gizli səsvermə olacaq və ən çox etimad qazanmış namizəd təşkilatı baş konfransa gedəcək. Baş konfransda isə YUNESKO-nun 11-ci baş direktorunu seçəcək.

P.Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olması ölkə mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. P.Bülbüloğlu ingilis dilini yaxşı bilməməsi barədə iradlara münasibət bildirərək deyib ki, ingilis dilində bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır: "Dil məsələsi mübahisəlidir. YUNESKO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Bütün hallarda mən suallara cavab verdim. Mən ingilis dilini ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, mən hələ hazırlaşacağam”.

P.Bülbüloğlu vurğulayıb ki, əsas məsələ namizədin hansı ideyalar irəli sürməsidir: "Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli, yeni ideyalar və yanaşmalar, islahatlar təklif edə bilən adam lazımdır. Mənim krizis menecment sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam”. 

P.Bülbüloğlunun namizədliyini irəli sürməsi və seçiləcəyi təqdirdə nüfuzlu bir təşkilata rəhbərlik etməsi şübhəsiz ki, Azərbaycan adına çox uğurlu bir iş olar. Amma indilikdə onun namizədliyini irəli sürməsi barədə çox sensasion hesab oluna bilən iddialar var.

İddia olunur ki, 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan P.Bülbüloğlu ilin sonunadək vəzifəsindən geri çağırılacaq. 11 ildir ki, Azərbaycan üçün ən önəmli bir ölkədə səfir işləyən P.Bülbüloğlu özü də vəzifədən getmək niyyətindədir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...