Bu yolda ciddi səhvlər üzə çıxdı - CİDDİ XƏBƏRDARLIQ - VİDEO
Bu küçədə sürət limitinin qaldırılması ilə tıxaclara son qoyulması nəzərdə tutulsa da heçbir faydası olmur. Söhbət paytaxtın əsas küçələrindən olan Yusif Səfərov küçəsindən gedir. Küçədə sürət həddinin saatda 80 km-ə qaldırılmasından sonra dəyişən bir şey yoxdur. Əksinə bu addım qəza riskini artırır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Yusif Səfərov küçəsində təxminən bir ay əvvəl başa çatan yenidənqurma işlərindən sonra həmin küçədə icazə verilən maksimal sürət 80 km/saat-a qədər qaldırılib. Ekspertlər bunun çox ciddi bir səhv olduğunu iddia edirlər.
Ekspert Ərşad Hüseynov küçədə sürət həddinin qaldırılması zamanı bir çox nüansın nəzərə alınmadığını deyir. Həmin küçədə xeyli piyada və ictimai obyektlər olduğu, habelə cəmi bir piyada keçidi yerləşdiyi üçün saatda 80 km sürət həddi yanlışdır.
Tıxacların qarşısını almaq üçün sürət həddi qaldırılsa da, nişanın qüvvədə olduğu məsafə cəmi 1 km dir. Bu isə yalnız gecə həmin sürəti yığmağa imkan verir. Çünki günün əksər saatlarında Yusif Səfərovda maşın sıxlığı çox olduğundan göstərilən sürəti yığmaq mümkün deyil.
Küçə boyunca dövlət qurumlarının binalarının və ayrı ayrı iaşə obyektlərinin, həmçinin yaşayış binalarından küçəyə birbaşa çıxışının olması da qəza risqini artırır. Hətta bəzi obyektlərin qapısı az qala küçəyə açılır. Ekspert yolda icazə verilən sürət həddini qaldırmağın tıxacı aradan qaldıracağına da inanmır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1010 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 969 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub