Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hacı Nuran efirə qayıdır - ATV-də çalışacaq

Aparıcı Hacı Nuran Hüseynov uzun fasilədən sonra efirə qayıdır. 

Mynews.az ın məlumatına görə, onun yeni verilişi “Həyat” adlanacaq.

Hacı Nuran əməkdaşımızla söhbətində bildirib ki, proqram yaxın günlərdə ATV-də efirə gedəcək:

"Xeyriyyə məqsədli bir verilişdir. Mən hər zaman bu formatda layihələr etmişəm. Çox böyük proyektdir. Bəzi məsələlər var ki, onları çox da açıqlaya bilmirəm. Proqramda ən çox xəstə və imkansız insanların müalicəsini gerçəkləşdirəcəyik. Eyni zamanda kimsəsiz uşaq evləri və qocalar evinin sakinlərini çəkib, onların yaxınlarını axtaracağıq".

Qeyd edək ki, Hacı Nuran uzun illər "Xəzər" telekanalında çalışıb. O, "Xeyir körpüsü" proqramına aparıcılıq edib. Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı uzun illərdir efirdən uzaq qalıb. 

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...