Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR

Bir müddət əvvəl qeyri-rəsmi nikahda yaşadığı əri Ceyhun Mehrəliyev tərəfindən bıçaqlanan qadının həyatı yenidən təhlükədədir. İşgəncələrə məruz qalan qadın evdən qaçdıqdan sonra qadın sığınacağına gəlib.

Mynews.az xəbər verir ki, Nazilə Şirinovanı bıçaqladığı üçün Ceyhun Mehrəliyevə Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə cinayət işi açılıb. Hazırda istintaq gedir.

İşgəncələrə məruz qalan qadın ərinin əlindən çətinliklə qurtulduğunu deyir:

“Məni lüt soyunmağa məcbur etdi. Sonra döydü, bıçaqla xəsarətlər yetirdi. Başı qarışan kimi qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Bəlkə də Allah ölməyimə imkan vermədi, yolda qarşıma bir nəfər çıxdı. Həmin adam öz paltarını mənə verdi, mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Yenidən sığınacağa gəldim. Yara izlərini ekspertiza etdilər, az ağır xəsarət aldığımı deyirlər. Hazırda araşdırma gedir. Fevraldan indiyədək sığınacaqdan bayıra çıxa bilmirəm, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Bu yaxınlarda məhkəmə başlayacaq. Məhkəmənin hökmündən sonra nə olacağını bilmirəm. Sosial şəbəkədə şəkillərimi paylaşıb, "fahişəni tanıyın" yazıb. Sonra da barışmaq üşün adamlar göndərir. O, heç kimdən qorxmur, indi də gecə-gündüz Mehriban Zeynalovanı, sığınacaqda çalışanları təhdid edir.” 

Femida.az-a daxil olan məlumata görə hazırda azadlıqda olan keçmiş ər qadını və sığınacağın direktoru, hüquq müdafiəçisi Mehriban Zeynalovanı açıq-aşkar təhdid edir. Hüquq müdafiəçisinin verdiyi məlumata görə, Ceyhun Mehrəliyev ona sosial şəbəkələr vasitəsi ilə və birbaşa təyziqlər edir. 

Femida.az məsələ ilə bağlı DİN-in müstəntiqi Rafiq Qənbərovla ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Ceyhun Mehrəliyevə Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq prosesi davam edir. 

Ceyhun Mehrəliyevin sosial şəbəkələrdə təhdid dolu mesajlarını təqdim edirik:

"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR
"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR
"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...