Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Alim Qasımov azan oxudu - dünya izlədi - VİDEO

Dünən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.   Mərasimdə maraqla qarşılanan səhnələrdən biri də xalq artisti Alim Qasımovun azan oxuması olub.   Qeyd edək ki, sözügedən süjet “İnanc” adı daşıyıb. Xəzər üzərində Ay görünür, əfsanəvi muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayılır.   Bu, azan səsidir. Mina həmin sədanın təsiri ilə dini dəyərlərin və tolerantlığın möhtəşəm məkanı olan Heydər Məscidinə yollanır. Əllərində fənər tutan yüzlərlə mömin İslamın qüdrəti ilə buraya gəlir. Onların inanc odları kainatdakı ulduzlar kimi Minanın gözləri qarşısında parlayır və dövr edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...