Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOKA DÜŞƏCƏKSİNİZ! - Bir günə məşhur olan Minanın anası görün kimdir - FOTO

"Qızımı səhnədə görəndə çox sevindim. Onunla qürur duydum. Bundan gözəl nə ola bilər ki?"

Mynews.az  bildirir ki, bunu azvision.az-a İslam Oyunlarının açılış mərasimində Mina obrazını canlandıran azyaşlı Eleonoranın anası Heyran Əmiraslanova deyib.

O bildirib ki, açılış mərasimi zamanı qızını səhnədə görmək onun üçün qürurvericidir: "Qızım çox sevinirdi. O, eyni zamanda çox həyəcanlı idi. Açılış mərasimi bitəndən sonra çox həyəcanlı olduğunu dedi. Bu, tək həyəcandan ibarət hisslər deyildi, həddindən artıq sevinc yaşayırdı. Qızım üzərinə düşən işi böyük məsuliyyətlə yerinə yetirdi. Mən onu bu mərasimə hazırlayan Leyla, Səbinə xanıma, Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm"

Qeyd edək ki, Mina obrazı tamaşaçıların rəğbətini qazanıb. Sosial şəbəkələrdə Mina ilə bağlı maraqlı müzakirələr aparılır. Milyonlarla insanın izlədiyi açılış mərasimində Mina obrazını canlandıran Eleonora Yusifova bədii gimnastika üzrə Azərbaycanın milli komandasında məşq edir. O, 6-cı sinif şagirdidir. Anası Heyran Əmiraslanova ixtisasca jurnalistdir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...