Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının ən təhlükəli ərazisi: Küçə itləri insanlara hücum edir - VİDEO

Çox sayda küçə iti Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən köhnə zavodların, xüsusəndə yeni şüşə zavodunun ərazisini özünə məskən seçib. Bu vəziyyət isə yaxınlıqda yaşayan sakinlərin işini çətinə salıb. Buradakı itlərin yoldan keçən avtomobillərə və insanalara hücum etməsi adi hal alıb.

Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Baku.ws-ə şikayət edən sakinlər qorxu içində olduqlarını, özlərinin və azyaşlı uşaqlarının təhlükədə olduğunu bildirib.

“İtlərin yanından avtomobillə keçmək olmur. Avtomobillərə hücum edirlər. Bəs piyada, qoca, usaq, qadınlar necə keçsin?”-deyə müraciət edən sakinlərdən biri bildirib.

Xatırladaq ki, ötən həftə Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb. Hadisə Səbail rayonunda qeydə alınıb. Son günlər bu cür hadisələr tez-tez baş verir.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...