Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda yeni uşaq jurnalı buraxıldı

Bu gün Bakıda “TEAS PRESS” Nəşriyyat  Evinin uşaqlar üçün nəşr etdiyi “Qaranquş” adlı aylıq jurnalın ilk buraxılışının təqdimat mərasimi keçirilib.
 
“Bizim Yol” xəbər verir ki, 44 səhifəlik jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarları və illüstratorları iştirak ediblər. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur.
 
Məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda maraqlı hekayələr, məqalələr, oyunlarla yanaşı, ingilis dilində mövzulara da yer verilir.
 
Jurnal hazırlanarkən ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazılıb. Məhz bu xüsusiyyətinə görə jurnal həm müəllimlər, həm də şagirdlər üçün xüsusilə faydalıdır.
"Qaranquş" jurnalında 5-10 yaş arası bütün uşaqları maraqlandıran mövzulara aid rubrikalar var.
Jurnalın baş redaktoru Aysel Zahidqızı bildirib ki, jurnalın adının “Qaranquş” seçilməsi təsadüfü deyil:
“Çünki baharın müjdəçis iolan  qaranquşu hər kəs sevir. Jurnalımız da uşaqlara yeni informasiyalar verir. Bir növ qaranquşu kim harda görsə üzündə təbəssüm yaradır. Bizim də məqsədimiz odur ki, uşaqları hər zaman əyləndrək və onları çalışqan olmağa öyrədək. Bu jurnal hər ay işıq üzü görəcək. Jurnal üçün 6 aylıq və 1 illik abunə olmaq mümkündür. Bundan əlavə, satışan da əldə etmək mümkündür. Jurnalın ilkin olaraq 3 min tirajla çıxarılır, amma gələcəkdə ehtiyac olduqda bu say artırılacaq. Jurnal hazırlanarkən ibtidai siniflər üçün tədirs planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazlıb. Məhz bu xüsusiyyətinə görə jurnal həm müəllimlər, həm də şagirdlər üçün faydalıdır”.
 
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı seksiyasının rəhbəri Qəşəm Nəcəfzadə, şair Ələmdar Quluzadə, müasir uşaq yazarı Reyhan Yusifqızı və digər şəxslər də çıxış ediblər.
 
 
 
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...