Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Jurnalistlərə mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb

İkinci binada jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub. 

Mynews.az Report-a istinadən xəbər verir ki, sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim edilməlidir.

Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək. 

Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) KİVDF-nin ofisində qəbul olunacaq.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib ki, dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir: “İqtisadi çətinliklərə baxmayaraq bu məsələ gündəmdən düşmədi”.

Onun sözlərinə görə, sənəd qəbulu komissiyasının 9 üzvü var: “Onlardan üçü KİVDF-nin nümayəndəsi, üçü Milli Televiziya və Radio Yayımları Şurasının, digər üçü isə Mətbuat Şurasının nümayəndəsidir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...