Azərbaycanda diplomu tanınan universitetlərlə bağlı - RƏSMİ AÇIQLAMA "YANLIŞDIR"
Təhsil Nazirliyi bəzi saytlarda Azərbaycanda diplomları tanınan xarici ölkə universitetlərinin siyahısı ilə bağlı informasiyalara münasibət bildirib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, təqdim edilən həmin siyahı yanlışdır: "Bu gün bir neçə saytda yanlış olaraq Azərbaycan Respublikasında diplomları tanınan xarici ölkə universitetlərinin siyahısı qeyd olunub. Bu, tamamilə yanlış siyahıdır".
C.Valehov qeyd edib ki, əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası da həmin təhsil müəssisəsini tanıyır.
Qurum rəsmisi əlavə olaraq bildirib ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə etmək olar.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 965 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 934 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 925 dəfə oxunub