Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Güclü yağış Şamaxı və Qobustanda fəsadlara səbəb olub - FOTO

Güclü yağış səbəbindən Qobustanın bir kəndini su basıb, evlərə və təsərrüfatlara ziyan dəyib.

Mynews.az Report-a istinadən xəbər verir ki, ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb.

Belə ki, sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustan rayonunun Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub.

Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdirilir.

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...