26 tibb bacısının diplomu saxta çıxdı
"Səhiyyə Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 26 saxta diplom aşkarlanılıb".
Mynews.az xəbər verir ki, bunu lent.az-a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
E.Əzizov bildirib ki, diplomu saxta çıxmış 26 şəxsin hamısı orta tibb işçisidir: "Ümumiyyətlə, araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərəm ki, orta tibb işçiləri, yəni tibb bacıları sənədlərini daha çox saxtalaşdırmağa meyilli olurlar. İndiyə qədər diplomu saxta çıxan tibb işçilərinin 99%-ni orta tibb işçiləri təşkil edib".
Qurum rəsmisi əlavə edib ki, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib: " Bu tibb işçilərinin bəziləri artıq işləyir, yəqin ki, işlərinə xitam veriləcək. Bəziləri isə işlə bağlı müraciət edəndə diplomunun saxta yolla əldə edildiyi müəyyən olunub".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 969 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 937 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 928 dəfə oxunub