Rafael Dadaşov səhhəti yenidən pisləşdi
Akademik Milli Dram Teatrının bir müddət öncə xəstəxanadan evə buraxılan aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdiriləcək.
Mynews.az xəbər verir ki, bu barədə lent.az-a xalq artistinin qızı, müğənni Səidə Dadaşova xəbər verib. O bildirib ki, atasının vəziyyəti normal olsa da, xəstəxana şəraitində müalicə olunmağına ehtiyac var: "Şükürlər olsun, atamın vəziyyəti yaxşılaşır. Yəni bir az özünə diqqət etməlidir. İndi ev şəraitində müalicə olunur. Amma artıq sabahdan Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasına yerləşdirməyi düşünürük. Çünki müalicə həkimi onu ora yazıb".
S.Dadaşova bildirib ki, R.Dadaşov bu vəziyyətdə mətbuata müsahibə vermək istəmir: "Özü bu vəziyyətdə görünmək istəmir. Çünki sənətkar olaraq hər zaman tamaşaçıların gözündə necə qalıbsa, elə də qalmaq istəyir. İnşallah, yaxşı olsun, müsahibə verəcək".
Qeyd edək ki, xalq artisti Rafael Dadaşov mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 953 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 943 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 942 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 940 dəfə oxunub