ŞOK! Arvadının başını qırxan - azərbaycanlı məşhurun oğlu imiş - FOTOLAR

Bakıda bir neçə gün əvvəl özünü ataraq intihar edən Susana Şərifovanın qeyri-rəsmi yaşadığı əri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Susananın ölümü ilə bağlı həbs olunan əri Baxşiyev Əbülfəs tanınmış ailənin övladıdır. Belə ki, anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, "Ədəbiyyat qəzeti" nin əməkdaşıdır.
Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.
Qeyd edək ki, Susana azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.
Cəmiyyət
- Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür
- Yanan “EuroHome”un sahibkarı müştərilərinə səsləndi
- Yanğın baş verən "Eurohome"dakı son vəziyyət
- Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi
- Yanvarın 1-dən pensiyalar artırılacaq - ŞAD XƏBƏR!
- “EuroHome”in sahibi bu şəxsdir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Yanvarın 1-dən pensiyalar artırılacaq - ŞAD XƏBƏR! 560 dəfə oxunub
- Naməlum qadın toyda şok yaratdı - “Toyu dayandırın! O mən olmalıydım” - VİDEO 556 dəfə oxunub
- Aparıcı Fatimə: "Öz reklamıma görə evli kişi ilə münasibətə "hə" deyərəm" 198 dəfə oxunub
- “EuroHome”in sahibi bu şəxsdir 197 dəfə oxunub
- Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi 194 dəfə oxunub