Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO - FOTOLAR

Biz onları hər zaman Milli Məclisdəki ciddi müzakirələrdə, sosial yönümlü proqramlarda görürük. Amma onların da işdən sonrakı özünəməxsus yaşam tərzləri var.

Mynews.az BiG.AZ-a istinadən bildirir  ki, bu bizim oxuyucularımıza da maraqlı olar. 

Azərbaycanlı ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Baku jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti - Leyla Əliyeva. L.Əliyeva incəsənətin bir çox sahələrinə olan marağı ilə tanınır. Belə ki, o, şeir yazır, rəsm çəkir. Eyni zamanda Azərbaycan ilə bağlı bir çox tanıtım çarxlarında model kimi çəkilir.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti - Kəmaləddin Heydərov. Bir çox məşhur müğənnilər nazirin bəstəsini oxuyub. 
Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Azərbaycan Milli Məclisinin deputatı, Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti - Novruz Aslanov. Onun da eyni zamanda bəstəkar kimi fəaliyyəti var.
Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı - Qənirə Paşayeva. Əməkdar artistlər Elza Seyidcahan və Tünzalə Ağayeva daha çox bəstələrində Q.Paşayevanın şeirlərinə müraciət edib.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Millət vəkilinin söylədiyi "Əslində mən" verilişində söylədiyi "Ana" şeiri hətta aparıcı Ülviyyə Alovlunu ağlatmışdı.

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" qəzetininin təsisçi, “Tərəqqi” medalı laureatı - Sona Vəliyeva. Sona xanımın şeiriyyəti öz zərafəti ilə ürəklərə yol tapıb.

Onun ən təsirli şeiri isə həyat yoldaşı, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova həsr etdiyi “İlləri əl-ələ verib gəlmişik” şeiridir. 

Sona xanım şeirlə bağlı bunları deyib:
"Mənim Əli müəllimə həsr etdiyim çox şeir var. Adamın bir enerji mənbəyi olur, ələnib-dolanıb yenə qayıdırsan ora. O mənada Əli müəllim mənim enerji mənbəyimdir.

“İlləri əl-ələ verib gəlmişik” şeirini də ona həsr etmişəm.

Durmusan əllinin astanasında
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə noolur.

Beş dənə onluğun sadə misalın
Əzaba, zəhmətə bölünməyi var.
Vətəndaş ömründən alim ömrünə
Hesaba gəlməyən qayğılar durar.

Bir ailə ömrünün ötən anları,
Yarı kitabxana, yarı yollarda.
Dünyanın çalışqan tələbəsi sən,
Nigaran qadını mən idim onda.

Soyuğu, istisi uzaq ellərin
Əlimə, üzümə gəlib çatardı.
Bir evin, ocağın əziz tikəsi,
Sən gələn zamana, vaxta qalardı.

Biz varlı deyildik, qibtə yeriydik,
Dövlətli qonşuya, pullu dostlara.
Bu evdə heç nəyin olmayan vaxtı,
Sevgi bəxş edərdik pay umanlara.

Nə deyim, hərdən də küsdüm, incidim,
Üzünə gəlmədim, qəlbə yük olar.
Bəzən qayğılara bələnən ömrün
İtmiş ayı, günü bizi haraylar.

Bəzən də içimdən asılan giley
Ünvana yetişməz havada qalar.
Birtəhər yaşadım indiyə qədər,
Sənə bundan sonra ehtiyacım var.

Sən bildin, mən bildim, 
bir də dörd divar,
Olub-olmayanı kimsə bilmədi.
Yarıya böldüyün popirosların
Kül yeri, köz yeri ürəyimdədi.

Neyniyim izahı yoxdur bu sirrin, 
Haqq yazan, bəxt yazan sevgi payımsan.
Bəzən uşaqların ən ərköyünü, 
Ən əziz, ən sözə baxmayanısan.

Durmusan əllinin astanasında
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə, noolur. 

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Bakı Metropoliteninin sabiq rəisi, Azərbaycan Dama Federasiyasının vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri - Tağı Əhmədov. Heç bilirdiniz onun da şairlik bacarığı var. Özü də şeirləri Tağı Sadiq təxəllüsi ilə yazır.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Gülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı. “Gülaga Qəmbərov Fondu”nun prezidentidir.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006-31 may 2012), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (27 dekabr 2012-ci ildən) - Hidayət Orucov həm də şair-dramaturq kimi tanınır.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Onun yazdığı əsərlər arasında ən populyarı Xumar Qədimovanın repertuarından "Məktub" mahnısıdır:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı - Cavid Qurbanov. O da son vaxtlar yazdığı şeirlərlə gündəmdədir.


Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO


Gömrük Komitəsinin işçisi Cəlal Qurbanov

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Ruslan Əhmədoğlu - hamı onu bəstəkar kimi tanısada, onun əsl peşəsi hüquqşünasdır.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Müğənni Samir Priyev isə onun bəstələdiyi mahnılara tez-tez müraciət edir.

 

Son zamanlar əməkdar artist Röya Ayxana bəslədiyi sevgi ilə gündəmə gələn gənc müğənni Jay Hun, sən demə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Leytenant rütbəli inspektor imiş. 

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Onu da əlavə edək ki, Jay Hun "Sevgilim" mahnısını Röyaya həsr edib.

Sabiq deputat Hüseyn Abdullayev daha çox bəstəkarlığı ilə tanınır. 


Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO



Bir zamanlar xalq artisti Zülfiyyə Xanbabayevanın dillər əzbəri olan "Sənsiz" mahnısı da məhz H.Abdullayevə məxsusudur. Bura həmçinin Röyanın ifasında olan "Sənə görə" mahnısını da əlavə etmək olar.

Əməkdar artist Cabir İmanov


Planet "Parni iz Baku" KVN Teatrının aktyoru olan Cabir İmanov həm də Daxili İşlər Nazirliyinin işçisi, polkovnik-leytenantdır.
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...