MTN-nin həbs etdiyi qadınlar kompensasiya tələb edirlər
2015-ci ilin fevral ayında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən Yahova Şahidləri dini sektasının üzvləri İrina Zaxarçenko və Validə Cəbrayılova məhkəməyə müraciət ediblər.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, adıçəkilən şəxslər qanunsuz olaraq dini ədəbiyyat paylamaqda təqsirləndirilərək Pirallahı rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun qərarı ilə 7 min manat cərimələniblər. Lakin onlar istintaq dövründə 11 ay həbsdə qaldıqları üçün hakim cəriməni ləğv edib və 2016-cı ilin yanvar ayında İ.Zaxarçenko ilə V.Cəbrayılova məhkəmə zalından azadlığa buraxılıblar.
İ.Zaxarçenko və V.Cəbrayılova həbsdən çıxdıqdan sonra Səbail rayon məhkəməsinə müraciət edərək Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia qaldırıblar. Onlar həbs olunmalarına görə dövlət qurumundan maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.
Məhkəmə sekta üzvlərinin iddiasını rədd edib. İddiaçı tərəf qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Abidin Hüseynovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 998 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 975 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 964 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 963 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 960 dəfə oxunub