Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin birinci müavini vəzifədən azad olunmuşdur - SON DƏQİQƏ

Mynews.az saytının verdiyi məlumata görə,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov bu gün tutduğu vəzifədən azad olunmuşdur. Əldə etdiyimiz məlumata görə buna səbəb, onun vəzifəsinin icrasında etdiki nöqsanlardır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilmişdir. 

Zamiq İsmayılov əmək fəaliyyətinə 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlamışdır. 2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən “Ran Shipping” və “Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez  Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışmışdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...