Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosu bu gecə saat 2-yə qədər işləyəcək

Bakı metrosu bu gecə saat 2-yə qədər işləyəcək.

Mynews.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev belə deyib. 

Onun sözlərinə görə, IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də xüsusi hazırlıq tədbirləri görülüb. 

O bildirib ki, açılış mərasimində olduğu kimi, Bakı metrosu bu gün də saat 2-ə kimi işləyəcək: 

“Açılışda ehtiyac olduğu üçün saat 02:40-a qədər işlədik. Əgər bu gün də ehtiyac olacaqsa, saat artırıla bilər”. 

Qeyd edək ki, bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya Stadionunda Oyunların rəsmi bağlanış mərasimi baş tutacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...