Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülərin nəzərinə: “Sarı zolaq”larda hərəkət bərpa olundu

Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün - may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunub.

Mynews.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Xatırladaq ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilmişdi. Həmin zolaqlarla may ayının 5-dən operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...