Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı tanınmış cərrah Gürcüstanda həbs edildi

Fərman Ceyranov Gürcüstanda klinka sahibi idi

Tiflisdə fəaliyyət göstərən “Lanset” klinikasının sahibi Fərman Ceyranov saxlanılıb.

Mynews.az-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb. Ceyranov cinayət məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə günahlandırılır.

Xeber.ge-nin Gürcüstan İctimai Televiziyasına istinadən məlumatında isə deyilir ki,  cinayət işində iki nəfərin adı keçir.

Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz qaraciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.

Lent.az-ın əmkadaşı adıgedən saytın redaktoru Amil Hacıyevlə əlaqə saxlayıb. Amil bəyin bildirdiyinə görə, Gürcüstan hüquq-mühafizə orqanlarındakı mənbə xəbəri təsdiqləyib. Fərman Ceyranova qarşı bu gün rəsmi ittiham irəli sürüləcək.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset” in lisenziyası geri alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...