Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu da bizim "Qoçu Əsgər" - Bakıda kobudluq edən sürücü - VİDEO

Mayın 16-sı Bakıda əks yola çıxıb axının qarşısını kəsən sürücü barədə avtosfer.az-a görüntülər daxil olub. Oxucu tərəfindən göndərilən videoda aydın şəkildə görünür ki, 10-XX-952 qeydiyyat nişanlı "Tofaş" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yolunu kəsib və avtomobilini əks tərəfdə park edir.

Mynews.az sözügedən sayta istinadən xəbər verir ki, onunla üz-üzə gələn sürücü isə belə kobud davranan sürücünün psixoloji probleminin olduğunu düşündüyü üçün sola keçib və hərəkəti davam etdirir.

Yəqin ki, bu sürücüyə etdiyi hərəkətin səbəbini soruşan olsa ya "xəstəm var", ya da "ayaqyoluna tələsirdim" deyəcək. Əslində isə belə sürücülər bu cür hərəkətlərlə sübut edirlər ki, o biri dünyaya tələsirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...