Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabahın hava proqnozu açıqlanıb

Mayın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə  14-16° isti, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...