Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülərin diqqətinə: Bu yolda 250 manat cərimə oluna bilərsiz - VİDEO

Aeroport şosesində quraşdırılan yol nişanı çaşqınlıq yaradıb.

Bakının ən sürətli yollarının birində sürət minimuma endirilib.

Mynews.az-ın məlumatına görə, bu barədə məlumatı Tural Yusifli “Avtostop” səhifəsində paylaşıb.

“Aeroport şosesində 100-dən sonra 40 sürəti qoyublar. Yəni siz sol 100-lük yolda gedəndə radar qoyub çəksələr, saatda 60 km sürəti aşıb 250 manat cərimələnə bilərsiniz”- Tural Yusifli bildirib.

Bu yeni nişanın quraşdırılmasının düzgün hesab etməyən Tural Yusiflinin sözlərinə görə, yüzlərlə sürücü bu nişanı görmür və öz sürəti ilə idarə edir.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...